Modern.az

Milli Məclis İlham Əliyevin təklifini qəbul edib

Milli Məclis İlham Əliyevin təklifini qəbul edib

21 Dekabr 2010, 13:28

Parlament bu günkü iclasında prezident İlham Əliyev tərəfindən daxil olan təklifə baxıb. Modern.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu siyasəti komitəsinin sədri Əli Hüseynov deyib ki, prezident Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin keçmiş sədri İnqilab Nəsirovun Ali Məhkəmənin sədri təyin olunması ilə bağlı parlamentə təkif göndərib. Təklif müzakirəyə çıxarılmadan səsə qoyulub və MM üzvləri İ.Nəsirovun Ali Məhkəmənin hakimi kimi təsdiq olunmasına səs veriblər.


Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!