Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik sentyabrın 16-dan Ermənistana keçəcək.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, rəsmi Yerevan hələ də bu postu tutacaq şəxs axtarır.
Çox böyük ehtimalla KTMT sədri postuna eks-müdafiə naziri Vaqarşak Arutunyan təyinat alacaq.
Xatırladaq ki, Vaqarşak Arutunyanın müdafiə naziri olduğu dövrdə Azərbaycan Ordusu bu il mayın 12-də Laçın rayonunun Qaragöl ərazisini və ətraf yüksəklikləri tam nəzarətə götürmüşdü. Buna görə Arutunyan erməni cəmiyyəti tərəfindən kəskin tənqid olunmuşdu.