Modern.az

Qarabağda təxribat hazırlığı - Separatçılar təlimə toplanır

Qarabağda təxribat hazırlığı - Separatçılar təlimə toplanır

Qarabağ

23 Fevral 2023, 16:07

Azərbaycanın Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərində qalmış qanunsuz erməni silahlı dəstələri təlimlərə başlayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

 

Bildirilib ki, təlimə ehtiyatda olan zabitlər də cəlb olunacaq. Digər detallar açıqlanmayıb.

 

Lakin görünən odur ki, Rusiya sülhməramlı kontingenti üçtərəfli bəyanata məhəl qoymayaraq, silahlıların hərbi təlim keçirməsinə və Azərbaycan ordusuna qarşı təxribat hazırlığına zəmin yaradır. 

 

Xatırladaq ki, ötən iki gün ərzində ordumuzun mövqeləri 15 dəfə atəşə tutulub. Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Tovuz, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutub. 

 

Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

 

Belə məqamda separatçıların təlim toplanışı növbəti təxribatlardan xəbər verir. 

 

Rahib Ələsgərov

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü