Modern.az

Sülhməramlıların 26 maşını Laçın yolundan maneəsiz keçdi

Sülhməramlıların 26 maşını Laçın yolundan maneəsiz keçdi

Qarabağ

2 Mart 2023, 12:58

Rusiya sülhməramlılarına məxsus avtomobillər hər zaman olduğu kimi Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

 

Modern.az xəbər verir ki, Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 26 təminat-təchizat və minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçib. Bu saata qədər isə ümumilikdə Rusiya sülhməramlılarına məxsus 39 avtomobilin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.

 

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü