Modern.az

Ermənistanla danışıqlarda 8 kənd də müzakirə edilir - "Bizim tələbimiz ədalətlidir"

Ermənistanla danışıqlarda 8 kənd də müzakirə edilir -

Qarabağ

28 Dekabr 2023, 15:58

Ermənistanla bütün görüşlər zamanı işğal altındakı kəndlər məsələsi müzakirə olunur.

 

Modern.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib. 

 

O qeud edib ki, ciddi ərazi münaqişəsi olmayan dövlətlər arasında belə delimitasiya məsələsi uzun illər çəkə bilər: "Biz sülh müqaviləsinin daha tez zamanda başa çatmasında maraqlıyıqsa, iki prosesi bir-birinə bağlamağımız düzgün olmaz".

 

Delimitasiya komissiyasının iclası zamanı 8 kəndin məsələsinə baxılacağını söyləyən nazir deyib:

 

“Amma o kəndlərin də spesifikaları var. Onlardan 4-ü anklav kəndlərdir, 4-ü isə bizim digər kəndlərə bitişikdir. Bununla belə, Ermənistanın da öz iddiaları və sərhədlərlə bağlı baxışları var. Biz isə konkret olaraq yaşayış məskənlərindən danışırıq. Onların kimə məxsusluğu heç zaman mübahisə mövzusu olmayıb, orada minlərlə insan yaşayıb. Hamı bilir ki, sovet Azərbaycanında bu kəndlər kimə aid olub. Ona görə də bizim tələbimiz ədalətlidir”.

 

Nazir vurğulayıb ki, delimitasiya prosesi kifayət qədər spesifik və texniki məsələdir. "Sərhəd məsələsi delimitasiya prosesinin tərkib hissəsi olaraq həllini tapmalıdır. Azərbaycan sülh məsələsinin mümkün qədər tez həllini tapmasında maraqlıdır. Amma delimitasiya məsələsi daha uzun çəkə bilər", - Ceyhun Bayramov bildirib.

 

Qeyd edək ki, 8 kənd dedikdə Naxçıvanın Sədərək rayonunun Kərki, Qazaxın Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndləri nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi