Modern.az

Ağıllı kəndin qarlı gecəsi - FOTOLAR

Ağıllı kəndin qarlı gecəsi - FOTOLAR

Qarabağ

13 Yanvar 2024, 22:30

Ölkə ərazisində davam edən qarlı hava şəraiti Zəngilanda da hər yeri ağ örpəyə bürüyüb. Rayonun Ağalı kəndində isə qarın yaratdığı mənzərə daha çox göz oxşayır.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün saat 18 radələrində Zəngilan rayonuna qar yağmağa başlayıb. Əvvəlcə narın qar müşahidə edilsə də qısa müddətdə yağıntı güclənib. Qarın yağması Ağalı kəndində xüsusilə diqqət çəkib. Uzun illərdir yurd həsrəti ilə yaşayan Ağalı sakinləri indi qışın qar sevincini də öz kəndlərində yaşayırlar. Gecələri çil-çıraqlı olan kənd həm də ağ örpəyi ilə daha da gözəlləşib.

 

Hazırda rayon ərazisində qar yağıntısı davam edir. Zəngilan rayonuna ilin ilk qarı isə yanvarın 11-də yağıb və həmin vaxt qar örtüyü 2 santimetrə bərabər olub. İndi yağan qar isə qısa müddətdə bir santimetrdən çox örtük yaradıb.

 

Qeyd edək ki, havaların şaxtalı, qarlı olmasına baxmayaraq kənddə həyat öz axarı ilə davam edir.

 

Böyük Qayıdış layihəsi çərçivəsində 175 ailə olmaqla 871 nəfərin məskunlaşdığı Ağalı kəndindən son kadrları təqdim edirik.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi