Modern.az

Qarabağdakı sülhməramlıların Ermənistana aidiyyatı yoxdur - LAVROV

Qarabağdakı sülhməramlıların Ermənistana aidiyyatı yoxdur - LAVROV

24 Yanvar 2024, 22:19

Qərb Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında oynadığı rolunun yanlış olduğu qənaətinə gəlib və Bakı və İrəvanı Brüsseldə şirnikləndirməyə çalışır.

 

Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bildirib.

 

O, Qarabağdakı sülhməramlılar haqqında da danışıb.

 

Nazirin sözlərinə görə, sülhməramlılar Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir və sülhməramlıların Qarabağda yerləşdirilməsi məsələsinin Ermənistana aidiyyatı yoxdur.

 

“Prezidentlər bu mövzunu müzakirə ediblər, onlar razılaşıblar ki, hazırkı mərhələdə Rusiya sülhməramlılarının mövcudluğu sabitliyin möhkəmləndirilməsi, regionda etimadın yaradılması və Qarabağ sakinlərinin geri qayıtmasına, kimlər ki, bunu etmək istəyir, kömək etmək üçün müsbət rol oynayır”, - deyə Lavrov qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək