Modern.az

Füzulidə səs verməyə hazırlaşan seçici olmaq şərəfdir

Füzulidə səs verməyə hazırlaşan seçici olmaq şərəfdir

Qarabağ

27 Yanvar 2024, 20:12

Bizim üçün yeni tarix başlayıb. Bir vaxtlar dinc sakinlər olaraq erməni işğalı nəticəsində məcburi köçkün düşdüyümüz yurdumuza indi müzəffər Ordumuzun sayəsində qalib ölkənin qalib vətəndaşları kimi qayıtmışıq. Füzulidə səs verməyə hazırlaşan seçici olmaq mənim üçün şərəfdir.

 

Modern.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Füzuli şəhər sakini Məftun Ramazanov söyləyib.

 

1981-ci ildə Füzuli şəhərində dünyaya göz açan Məftun 12 yaşı olarkən ailəsi ilə birlikdə doğma yurdundan məcburi köçkün düşüb. Otuz il müddətində yaşadığı həsrət artıq bitib. Doğma yurdundan yeniyetmə kimi çıxan Məftun indi Füzuliyə ailə başçısı olaraq qayıdıb. Deyib ki, əvvəlki illərdə seçkilərdə iştirak edərkən ən böyük arzusu öz doğma yurdunda səs vermək olub və bu arzu gerçəkliyə çevrilib. “Ərazi bütövlüyünü bərpa edən Azərbaycanın vətəndaşı olaraq seçkilərdə iştirak etmək və Füzulidə ilk dəfə səs verənlər sırasında yer almaq mənim üçün qürurvericidir. 2020-ci ildən başlayaraq tarixi günlərə şahidlik etdik. Zəfər tariximiz, Böyük Qayıdışın başlanması və bu Qayıdışın ilk nümayəndələrindən olmaq sözlə ifadə edilə bilinməyən bir xoşbəxtlikdir. Bizlərə bu günləri yaşadan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm. Füzuli ən gərgin döyüşlərin getdiyi bir ərazi olub. İlk dəfə Füzuliyə qayıdanda ətrafdakı düşmən səngərlərini, onların yaratdıqları istehkamları, minalanmış sahələri gördükdə Ordumuzun bu yerləri hansı çətinliklə azad etdiyi bir anlıq gözümün önünə gəldi. Buna görə də bu yerlərin hər qarışı bizlər üçün müqəddəsdir. Şəhidlərimizin bizə əmanət etdiyi bu yerlərdə yaşadığımız hər gün bizlər üçün tariximizin şanlı bir səhifəsidir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək