Modern.az

Kəlbəcərdə 31 il sonra ilk dəfə seçki keçirilir - FOTO/VİDEO

Kəlbəcərdə 31 il sonra ilk dəfə seçki keçirilir - FOTO/VİDEO

Qarabağ

7 Fevral 2024, 11:42

İşğaldan azad olunan Kəlbəcər rayonunda 31 ildən sonra prezident seçkiləri keçirilir.

 

Modern.az  xəbər verir ki, rayonda 123 saylı Kəlbəcər seçki dairəsinin iki məntəqəsi yaradılıb.

 

Kəlbəcər şəhərində fəaliyyət göstərən Bakı Abadlıq şirkətinin inzibati binasında yerləşən 63 saylı məntəqədə 603, Kəlbəcər Su-Kanal İdarəsinin inzibati binasında yaradılan 64 saylı məntəqədə isə 875 seçici qeydiyyatdadır.

 

Kəlbəcər rayonunda ümumilikdə 1 478 seçici qeydiyyata salınıb. Seçkilərin gedişini 28 yerli müşahidəçi izləyir.

 

13217651321766

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir