Modern.az

Xankəndidə öz seçki hüququmuzdan istifadə etdik - FOTOLAR

Xankəndidə öz seçki hüququmuzdan istifadə etdik - FOTOLAR

Qarabağ

7 Fevral 2024, 17:36

“Beynəlxalq Avrasiya Mətbuat Fondu Himayəçilik Şurasının qərarı il ötən aydan respublika ərazisində müşahidəçilik misiyasını həyata keçirmək üçün fəaliyyət başlayıb”.

 

Modern.az xəbər verir ki, bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu deyib. 

 

O bildirib ki, təşkilatın 50 nəfərlik müşahidəçi heyəti bu gün 32 dairədə və 100-dən çox məntəqədə müşahidəçilik missiyasını həyata keçirir.

 

“Mən və həmkarlarım Rey Kərimoğlu, Fuad Abbasovla birlikdə Xocalı, Xocalının iki məntəqəsi Əsgəran və Yenikənddə, Şuşada, Xankəndidə, Füzulidə bir sıra məntəqələrdə müşahidə missiyası həyata keçirik. Hazırda Bakıya doğru hərəkət edirik. Həm bir vətəndaş, həm də media mənsubu kimi fəxrlə diqqətinizə çatdırırıq ki, biz bu gün Xankəndidə öz seçki hüququmuzdan istifadə etdik. Ən layiqli namizədə səs verdik, öz seçimizi etdik. Arzu edirəm ki, bu seçki xalqımız üçün düşərli, faydalı olsun”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı