Modern.az

Laçında yeni həyata başlamalıyıq

Laçında yeni həyata başlamalıyıq

Qarabağ

30 Mart 2024, 08:49

Bu, gözəl, təssəvüredilməz bir hissdir. Bizə bu hissi yaşadan Ali Baş Komandana uca Allahdan uzun ömür, şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıram.

 

Modern.az xəbər verir ki, bu sözləri martın 30-da Bakının Qaradağ rayonundan doğma yurduna yola salınan keçmiş məcburi köçkün, Laçın şəhər sakini, AMEA-nın əməkdaşı Faiq İsmayılov AZƏRTAC-a açıqlamasında söyləyib.

 

“Şükürlər olsun ki, biz bu gün artıq 32 illik həsrətdən sonra Laçına qayıdırıq. Bu, yeni bir dövr deməkdir və biz orda yeni bir həyata başlamalıyıq. Mən özüm milli mənəvi dəyərlər üzrə tədqiqatçıyam və hesab edirəm ki, mənim üçün bundan yaxşı fürsət ola bilməz. Çalışacağam ki, Azərbaycanın bölgələri xüsusən də Şərqi Zəngəzur və Qarabağ haqqında daha geniş, daha müfəssəl araşdırmalar aparım”, - deyə Faiq İsmayılov vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir