Modern.az

Türkmənistanın yeni prezidenti - Estafeti atadan alan oğul - DOSYE

Türkmənistanın yeni prezidenti - Estafeti atadan alan oğul - DOSYE

Reportaj

15 Mart 2022, 11:30

Türkmənistanda keçirilən növbədənkənar prezident seçkisinin nəticələri elan olunub.
 

Modern.az xəbər verir ki, Türkmənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 9 namizədin qatıldığı seçkidə Serdar Berdiməhəmmədov 72,97% səslə qalib gəlib.

Qeyd edək ki, S.Berdiməhəmmədov Türkmənistanın hazırkı prezidenti Qurbanqulu Berdiməhəmmədovun oğludur.

Qurbanqulu Berdiməhəmmədov bundan sonra parlamentin yuxarı palatası - Xalq Maslaxatının rəhbəri kimi fəaliyyətini davam etdirəcək.

Türkmənistanda prezidentin səlahiyyət müddəti 7 ildir.

S.Berdiməhəmmədovun namizədliyini Türkmənistanın hakim Demokrat Partiyası irəli sürmüşdü.


 

Sərdar Berdiməhəmmədov 1981-ci il sentyabrın 22-də Türkmənistanın paytaxtı Aşqabadda doğulub. O, Türkmən Kənd Təsərrüfatı Universitetini bitirib.

2008-2011-ci illərdə Türkmənistanın Rusiyadakı səfirliyində çalışıb, 2011-2013-cü illərdə BMT-nin Cenevrədəki ofisində diplomatik xidmət keçib.

2013-cü ildən Türkmənistanın Karbohidrogen Ehtiyatları Agentliyinin direktor müavini işləyib, 2016-cı ildən Xarici İşlər Nazirliyinin Beynəlxalq İnformasiya Departamentinə başçılıq edib, həmin il parlamentin deputatı seçilib.

2018-ci ildən xarici işlər nazirinin müavini, 2020-ci ildən sənaye naziri postlarını tutub, 2021-ci il fevralın 11-dən Nazirlər Kabineti sədrinin müavini olub.

Sərdar Berdiməhəmmədov texnika elmləri doktorudur.

Serdar Berdiməhəmmədov 2001-ci ildən evlidir. Bəzi mənbələrə görə onun dörd övladı - bir oğlu və üç qızı var. Həyat yoldaşı ilə bağlı heç nə məlum deyil, lakin şayiələr var ki, Serdarın anası kimi, həyat yoldaşı da Oğulgerek adlanır.
Yeni prezident ailəsinin şəxsi həyatı hər cür şəkildə gizlədilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü