Modern.az

Buça qətliamında ittiham olunan Rusiya azərbaycanlıları - SİYAHI

Buça qətliamında ittiham olunan Rusiya azərbaycanlıları - SİYAHI

Reportaj

6 Aprel 2022, 09:54

Dünya ictimaiyyəti Kiyev vilayətinin Buça şəhərində Ukrayna xalqına qarşı törədilmiş hərbi cinayətlərdən danışır.
 

Buçada meyitlərlə dolu küçələrdən çəkilmiş foto və videogörüntülər beynəlxalq xəbər agentliklərinin manşetindən düşmür.

Ukrayna rəsmilərinin sözlərinə görə, rusiyalı hərbçilər Buçada dinc insanları öldürüb, zorlayıb, təhqir edib, işgəncə veriblər.

Buçada zorakı ölüm əlamətləri olan 280-dən çox mülki vətəndaşın cəsədi olan kütləvi məzarlıq da tapılıb.

Ukrayna kəşfiyyatı Buçadakı qətliamın Rusiyanın 64-cü motoatıcı briqadasının hərbçiləri tərəfindən törədildiyini bəyan edərək, onların siyahısını açıqlayıb.

Ukrayna Müdafiə Nazirliyi isə əmin edib ki, bütün hərbi cinayətkarlar Ukraynanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərə görə cavab verəcəklər.


Modern.az-ın məlumatına görə, Buçada mülki ukraynalılara qarşı vəhşilik törətməkdə ittiham olunan 64-cü motoatıcı briqadanın hərbçiləri arasında başqa millətlərdən olanlar da az deyil. Siyahıda ermənilər, çeçenlər, ləzgilər, özbəklər, tatarlar, qazaxlar və digər millətlərdən olan hərbçilər var.

Təəssüf ki, siyahıda Rusiya vətəndaşları olan və bu ölkədə hərbi xidmət keçən xeyli azərbaycanlı da var.

Əməkdaşımız Ukrayna kəşfiyyatının təqdim etdiyi siyahını nəzərdən keçirərkən orada adları qeyd edilən azərbaycanlıların aşağıdakı hərbçilər olduğunu müyyənləşdirib:

Kapitan Əkbərov Roman Maqsud oğlu;

Baş gizir Mikayılov Əkrəm Mirzəli oğlu;

Çavuş Əliyev Vüsal Talıb oğlu;

Çavuş Bağırov Ərdoğan Yadigar oğlu;

Çavuş Fəttahov Vaqif  Nəriman oğlu;

Sıravi Nəsirov Anar Samur oğlu;

Sıravi Paşayev Rauf Füzuli oğlu.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı