Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili ölkənin qərbində, Abxaziya ilə sərhəddə yüksək səviyyəli otel tikmək niyyətində olduğunu bəyan edib. Modern.az xarici mediaya istinadən bildirir ki,hotelin Qara dəniz sahilindəki kurort rayonu Qanmuxuridə tikilməsi planlaşdırılır.
Həmin kurort Gürcüstanın nəzarətindədir, amma Abxaziyanın sağında, İnquri çayı tərəfdə yerləşir. İvanişvili jurnalistlərə deyib ki, ölkədə bir neçə tikinti layihəsi reallaşdırmağı planlaşdırılır. Biznesmen və siyasətçi detallarını isə layihələr təsdiqlənəndən sonra açıqlamağa söz verib.
Bidzina İvanişvili 2012-ci ilin oktyabr ayından 2013-cü ilin noyabrına qədər Gürcüstanın baş naziri olub. Onun yaratdığı “Gürcü arzusu – Demokratik Gürcüstan” koalisiyası 2012-ci ildə ölkə parlamentindəki yerlərin yarıdan çoxunu qazanıb. Biznesmen 2015-ci ildə “Forbes” jurnalının hazırladığı reytinqdə milyarderlər arasında 291-ci yeri tutub. Onun var-dövləti 5,2 milyard dollar dəyərləndirilir.
Modern.az