Bakı şəhərində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, hadisə iyunun 19-da saat 22 radələrində baş verib.
Belə ki, Bakı şəhər sakini Bəxtiyar Məhərrəmovun Abşeron rayonu ərazisində idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşıb. Nəticədə sürücü hadisə yerində ölüb, 5 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gülşən RAUFQIZI