Ermənistan prezidenti Serj Sarkisyan Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyanın ad günüdə iştirak etmək üçün Moskvaya xüsusi səfər edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ad günü mərasiminə Rusiya xarici işlər naziri Sergey Lavrov, Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov, Dağlıq Qarabağın lideri Bako Saakyan da qatılıb.
Abramyanın ad günü rusiyalı biznesmenlərin sevdiyi “Safisa” restoranında baş tutub.
Vüqar İSMAYILOV