Modern.az

Seçiciləri Əhliman Əmiraslanovdan kömək istədilər

Seçiciləri Əhliman Əmiraslanovdan kömək istədilər

Aktual

12 May 2017, 18:34

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik  Əhliman Əmiraslanov  bu  gün Milli Məclisdə problemlərinin həll olunmasında ondan yardım istəyən vətəndaşları növbəti dəfə qəbul edib.

Modern.az xəbər verir ki, qəbulda Milli Məclisin Səhiyyə komitəsinə səhhətində olan problemlərin həlli ilə bağlı müraciət edən insanlarla yanaşı,  Əhliman Əmiraslanovun deputat seçildiyi 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan və müxtəlif  məsələlərin həllində köməklik istəyən seçicilər də iştirak edib.

Qəbul zamanı koxlear implantasiya, qaraciyər və böyrək köçürülməsi kimi ağır cərrahi əməliyyatlarla bağlı müraciətlər olub. Müraciət edən seçicilər isə həm sağlamlıqlarındakı problemlərlə, həm də digər sosial problemlərlə bağlı müraciətlərini deputata çatdırıblar.

Əhliman Əmiraslanov qəbula gələn vətəndaşları dinləyərək qeyd edilən problemlərin həlli istiqamətində müvafiq addımlar atılacağını  bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı