Modern.az

Mehman Hüseynov anasının dəfninə buraxıldı - YENİLƏNİB

Mehman Hüseynov anasının dəfninə buraxıldı - YENİLƏNİB

مورد توجه

6 Avqust 2018, 20:20

Avqustun 6-sı axşam saatlarında həbsdəki bloger Mehman Hüseynov qısa müddətə evə buraxılıb. Penitensiar Xidmət onun vəfat etmiş anasının dəfn mərasimində iştirak etməsinə icazə verib.

Modern.az xəbər verir ki, M.Hüseynovun anası Firəngiz Hüseynova avqustun 5-dən 6-na keçən gecə vəfat edib.

Vəkilləri onun qısa müddətə buraxılmasından ötrü əlaqəli qurumlara müraciət etmişdilər.

F.Hüseynova iyulun ortalarında ürək çatışmazlığı diaqnozu ilə Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun vəziyyətinin ağır olduğu, süni nəfəs aparatına qoşulduğu vurğulanırdı.

M.Hüseynovun vəkilləri onun ağır xəstə olan anası ilə görüşməsinə icazə verilməsindən ötrü rəsmi qurumlara müraciət də etmişdilər.

Ancaq Penitensiar Xidmət bir neçə gün öncə müdafiə tərəfinə mənfi cavab vermişdi.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda suçlu bilinib. 

***
Həbsdə olan bloger Mehman Hüseynov anası Firəngiz Hüseynovun dəfninə buraxılacaq.

Modern.az-ın məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Mehman Hüseynovun bir neçə günlüyə buraxılması ilə bağlı qərar Mətbuat Şurasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəhbərliyinə müraciətindən sonra qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı