Modern.az

Çingiz Qənizadə yubiley medalı ilə təltif olundu

Çingiz Qənizadə yubiley medalı ilə təltif olundu

Current

30 Avqust 2018, 13:53

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" medalı ilə təltif olunub.

 

Bununla bağlı Daxili İşlər Naziri Ramil Usubov əmr imzalayıb. Modern.az xəbər verir ki, Çingiz Qənizadə Avtosfer.az-a açıqlamasında bu medalla təltif olunmasından qürur duyduğunu və bununla bağlı nazir Ramil Usubova təşəkkür məktubu göndərdiyini bildirib.

Məktubda millət vəkili Azərbaycan polisinin uğurlu fəaliyyətini xüsusi vurğulayaraq, ictimai-siyasi sabitliyin bərqərar olunması və qorunub saxlanması, cinayətkarlıqla mübarizədə, xalqımızın təhlükəsizliyini təmin edilməsində yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirən polis əməkdaşlarının işini yüksək qiymətləndirdiyini qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı