Modern.az

Putin İrana rəsmi səfərə gedir

Putin İrana rəsmi səfərə gedir

مورد توجه

3 Sentyabr 2018, 16:54

Rusiya prezidenti Vladimir Putin İrana rəsmi səfər edəcək.

 

 

Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, səfərlə bağlı Kreml xəbər yayıb. Bildirilir ki, səfər sentyabrın 7-də baş tutacaq.

Rusiya prezidentinin Suriya böhranının nizamlanması məsələsi ilə əlaqədar üçtərəfli görüşdə iştirak etmək üçün Tehrana səfər edəcəyi qeyd edilir.

Tehranda rusiyalı liderin iranlı həmkarı Həsən Ruhanı və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşləri də nəzərdə tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı