Modern.az

Ağsuda ata və azyaşlı oğlunu avtomobil vurdu

Ağsuda ata və azyaşlı oğlunu avtomobil vurdu

مورد توجه

5 Sentyabr 2018, 22:54

Ağsu rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında, "Gəgəli dayanacağı" adlanan ərazidə qeydə alınıb.

 

Belə ki, Binə qəsəbəsi sakini, 1979-cu il təvəllüdlü Fərzəliyev Namiq Atamoğlan oğlunu və onun azyaşlı övladı Fərzəliyev Adəm Namiq oğlunu avtomobil vurub. Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb.

 

Yaralılar xəstəxanaya yerləşdirilib. Daha sonra onlar Bakıdakı xəstəxanalardan birinə göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı