Modern.az

Hava limanında 100 dollara "saf, təmiz hava" satılır

Hava limanında 100 dollara "saf, təmiz hava" satılır

Aktual

5 Oktyabr 2018, 23:37

Yeni Zellandiyada bir şirkət yeni məhsulunu satışa çıxarıb. Modern.az ölkə.az-a istinadən xəbər verir ki, hava limanının “duty free” mağazalarında dörd qutudan ibarət “Saf, təzə Yeni Zellandiya havası” 98.99 dollara satılır.

 

Yeni Zellandiyadan olan jurnalist Demien Kristi tərəfindən paylaşılan paketin fotosunda hava 20 dollar endirimlə satılıb. Kristi Tvitterdəki səhifəsində “Məni lağa qoyursunuz? 98 dollar şirin, kiçik bir hədiyyə də deyil” yazıb.

 

Kristinin paylaşımı sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Bir çox sosial şəbəkə istifadəçisi “Kapitalizmin zirvəsi” rəyini yazıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı