Modern.az

Gəncədə silsilə soyğunçuluq edənlər saxlanılıb

Gəncədə silsilə soyğunçuluq edənlər saxlanılıb

Актуально

4 Fevral 2019, 14:02

DİN  Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, yanvarın 27-də  ayrı-ayrı vaxtlarda Gəncə şəhər sakinləri G.Həsənova və T.Bayramovanın  əl çantalarını zor tətbiq etməklə açıq yolla talayaraq onlara qarşı soyğunçuluq edilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.  Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının dərhal həyata keçirdiyi təxrəsalınmaz əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Gəncə şəhər sakinlər Emin Həmzəyev, 27 yaşlı  Amil Mustafayev və əvvəllər məhkum olunmuşlar 30 yaşlı Ruslan Qasımov, 21 yaşlı Elçin Həmzəyev şübhəli şəxs qismində saxlanılıblar.

İlkin dindirmə zamanı onlar törətdikləri cinayət hadislərini etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı