Bakıda qadın döyülərək planşeti oğurlanıb.
DİN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın fevralın 6-da günorta saatlarında M.Həsənov küçəsində bir nəfərin onu döyərək planşetini əlindən aldığını bildirib.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ş.Nəbiyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.