Modern.az

Konsulluq xidmətləri də “ASAN xidmət”ə qoşuldu  

Konsulluq xidmətləri də “ASAN xidmət”ə qoşuldu   

Актуально

1 Mart 2019, 16:39

“Konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması məqsədilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Prezident Fərmanında edilmiş dəyişikliklərə əsasən, Xarici İşlər Nazirliyi tərəfindən konsulluq xidmətlərinin 2019-cu il 1 mart tarixindən “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi müəyyən edilib.

Bununla da, “ASAN xidmət” mərkəzlərində dövlət orqanları sırasına Xarici İşlər Nazirliyi daxil olunub, göstərilən xidmətlərin siyahısında isə konsulluq xidmətləri də yer alıb.

Bu barədə Modern.az-a XİN-in mətbuat xidməti bildirib.

Fərmanın icrasının təmin edilməsi ilə əlaqədar Xarici İşlər Nazirliyinin aidiyyəti məsul əməkdaşlarından ibarət işçi qrupu yaradılib və Nazirliyin üzərinə düşən bütün vəzifə və öhdəliklərin qısa müddət ərzində icrası təmin edilib.

Həmçinin xidmətlərin göstərilməsi məqsədilə Nazirliyin təcrübəli əməkdaşlarından ibarət heyət fəaliyyətlərinin davam etdirilməsi üçün “ASAN xidmət” mərkəzinə ezam olunub.

Beləliklə, 1 mart tarixindən Bakı şəhəri, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı “ASAN xidmət” mərkəzində konsulluq xidmətlərinin göstərilməsinə artıq başlanılıb.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı