Milli Məclisin bu günkü iclasında deputatlar Fransa parlamentinin dünən qəbul etdiyi qondarma “erməni soyqırmı” məsələsinə dair sənədi pisləyib.
Modern.az saytı xəbər verir ki, iclasda çıxış edən millət vəkili Qənirə Paşayeva da bildirib ki, Milli Məclis Fransa Senatına müraciət göndərməlidi.
Müraciətdə bildirilməlidi ki, Fransa parlamentinin bu cür qərar qəbul etməsi ermənilərin müdafiəsini göstərir. Deputatın sözlərinə görə, müraciətdə bildirilməlidir ki, əgər Senat da bu sənədi təsdiqləsə, o yalnız Türkiyə-Fransa münasibətlərinə deyil, Fransa-Azərbaycan münasibətlərinə də ciddi zərbə vuracaq. “Əgərə Senat bu məsələni təsdiqləsə, o zaman ikitərəfli münasibətlərin pisləşməsinə görə məsuliyyət Fransa senatının üzərinə düşəcək. Dağlıq Qarabağ məsələsində vasitəçilik edən Minsk qrupun həmsədri kimi Fransanın artıq tərəfkeşliyi görünəcək. Bu zaman Azərbaycan təbii ki, fransalı həmsədirdən imtina etməlidir”.
Modern.az