Modern.az

Bakıda ağır qəza: 2 ölü, 14 yaralı

Bakıda ağır qəza: 2 ölü, 14 yaralı

Актуально

6 Avqust 2019, 00:59

Suraxanıda ağır yol qəzası zamanı 9-u uşaq olmaqla, 14 nəfər yaralanıb, 1-i uşaq olmaqla, 2 nəfər ölüb.

Modern.az  APA-ya istinadən  xəbər verir ki, Hövsan-Türkan yolunda 2 avtomobil toqquşub.

Qəza nəticəsində yaralılardan 1 nəfər hadisə yerində, digər sərnişin isə xəstəxanada dünyasını dəyişib.

“Mercedes” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində yaralananlar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

1983-cü il təvəllüdlü Həşimov Natiq Bilal oğlu, 1987-ci il təvəllüdlü Fərziyeva Rahidə Eldar qızı, 1989-cu il təvəllüdlü Əsgərzadə Nübar Nurəddin qızı, 1989-cu il təvəllüdlü Xudaverdiyeva Kifayət Aydın qızı, 5 yaşlı Xudaverdiyeva Leyla Əjdər qızı, 8 yaşlı Fərzizadə Hüseyn Etibar oğlu, 2009-cu il təvəllüdlü Selcan Sultanova, 8 yaşlı İsgəndərova Zümrüd, 1 yaşlı Məhəmməd Salmanov və 17 yaşlı Hidayət Bəhramov müxtəlif bədən xəsarətləri alıblar.

1979-cu il təvəllüdlü Xudaverdiyev Əjdər Firuz oğlu hadisə yerində dünyasını dəyişib. 13 yaşlı Musayev Əli Laçın oğlu isə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı