Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 800,8 mln. manat olmaqla əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 3,7% azdır.
Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, neft məhsullarından avtomobil benzininin, sürtkü yağlarının, neft bitimunun, ağ neftin, neft koksunun istehsalı azalıb, yanacaq mazutunun, dizel yanacağının, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı artıb.
Azərbaycanda neft məhsullarının dinamikası:
| Məhsul növləri | 2019-cu ilin yanvar-noyabr aylarında istehsal edilib | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, % |
| Avtomobil benzini, min ton | 1 041,9 | 97,5 |
| Neft-kimya sənayesində istifadə üçün benzin, min ton | 222,8 | 124,2 |
| Ağ neft, min ton | 537,6 | 97 |
| Dizel yanacağı, min ton | 1 911,2 | 108,9 |
| Yanacaq mazutu, min ton | 118,5 | 127,8 |
| Sürtkü yağları, min ton | 21 | 18,4 |
| Neft bitumu, min ton | 229,1 | 84 |
| Neft koksu, min ton | 218,7 | 98 |
Emil İsmayılov