Modern.az

Tramp Qasım Süleymanini "dünyanın bir nömrəli terrorçusu" adlandırdı

Tramp Qasım Süleymanini

Aktual

5 Yanvar 2020, 13:10

ABŞ prezidenti Donald Tramp “Qüds” xüsusi birləşməsinin komandiri Qasım Süleymanini Birləşmiş Ştatların diplomatlarına və hərbi qulluqçulara hücum hazırlığında ittiham edərək İran generalını "dünyanın bir nömrəli terrorçusu" adlandırıb.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti yerli televiziyada bildirib.

 

"Ötən gecə ABŞ hərbçiləri qüsursuz, yüksək dəqiqliklə zərbə endirdi, hansı ki, onun nəticəsində dünyanın bir nömrəli terroçusu Qasım Suleymani həlak oldu", - Tramp televiziyadakı çıxışında deyib.

 

Ağ Ev rəhbərinin sözlərinə görə, Süleymani "ABŞ diplomatlarına və hərbi qulluqçulara hücumlar" hazırlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı