Modern.az

Sabahdan hava pisləşəcək, yağış yağacaq

Sabahdan hava pisləşəcək, yağış yağacaq

Aktual

14 Oktyabr 2012, 14:26

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah  Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperatuur gecə 14-16°, gündüz 21-24° isti olacaqdır.

Azərbaycanın rayonlarında isə oktyabrın 15-də  gecə  və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacaq, gündüz əsasən yağmursuz keçəcəkdir. Temperaturun gecə 7-12°, gündüz 15-20° olacağı gözlənilir. Bəzi yerlərdə duman və çiskin olacaqdır.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı