Modern.az

Dövlət Neft Şirkəti işçi axtarır - ELAN

Dövlət Neft Şirkəti  işçi axtarır - ELAN

Aktual

16 Oktyabr 2012, 15:36

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ)  maşinist peşəsi üzrə işçi axtarır. Bu barədə Modern.az-a ARDNŞ-in mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, ARDNŞ-nin İnsan Resursları Departamenti şirkətin strukturuna daxil olan müəssisə və təşkilatlara təcili olaraq kran maşınisti (tırtıllı, pnevmotəkərli, avtomobil, korpülü), buldozer maşınisti, borudüzən maşınisti, yükləyici, qaldırıcı, beton-nasos qurğuları və daşkəsən maşınları idarə edən maşinist peşələri üzrə işçilər tələb olunur. Maraqlanan şəxslər özləri haqqında məlumatları (CV) ARDNŞ-nin İnsan Resursları Departamentinə (Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 32A) təqdim edə və yaxud [email protected] elektron-poçt ünvanına göndərə bilərlər. İşə qəbul müsabiqə yolu ilə həyata keçiriləcək. Uyğun namizədlər praktik bilik və bacarıqlarının yoxlanılması üçün peşə sınaq imtahanı və fərdi müsahibədən sonra ARDNŞ-nin strukturuna daxil olan müəssisə və təşkilatlarda müvafiq işlə təmin olunacaq.

Modern.az
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı