Fevralın 19-u səhər saatlarına olan məlumata görə, dünyada indiyədək 422 258 748 koronavirusa yoluxma halı qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə "Worldometer"in məlumatında deyilir.
O cümlədən, 5 893 224 ölüm faktı aşkar edilib, 346 866 880 nəfər sağalıb.
Dünya statistikasında COVID-19-a yoluxma hallarının sayına görə ABŞ (80 024 531), Hindistan (42 802 505) və Braziliya (28 064 224) liderdir.