Rusiyada son sutka ərzində daha 26 394 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 17 637 795 nəfərə çatıb.
Son sutka ərzində 472 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 365 373 nəfərə yüksəlib.