Modern.az

Ukraynadan ilk taxıl gəmisi sabah yola düşəcək

Ukraynadan ilk taxıl gəmisi sabah yola düşəcək

Aktual

26 İyul 2022, 13:04

Ukraynanın Çernomorsk limanından taxıl daşıyan ilk gəmi sabah yola düşəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyi məlumat yayıb.

 

Nazir Oleksandr Kubrakovun sözlərinə görə, işlərin yaxın günlərdə başlayacağı gözlənilir.

 

"Bu həftə İstanbulda koordinasiya mərkəzinin yaradılması nəzərdə tutulur. Bizdən asılı olan hər şeyi edirik ki, bu həftə taxıl daşıyan gəmilər yola düşsün", - deyə nazir vurğulayıb.

 

Qeyd edək ki, iyulun 22-də Rusiya, Türkiyə, BMT və Ukrayna nümayəndələri Ukrayna limanlarından taxıl ixracını təmin etmək üçün saziş imzalayıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı