Modern.az

Naftalanda şəhid övladlarının ad günləri qeyd olunub

Naftalanda şəhid övladlarının ad günləri qeyd olunub

مورد توجه

17 Avqust 2022, 12:42

Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Zəfər qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn Quliyev Bəhruz Firuz oğlunun qızı Elayın 8 yaşı və Adıgözəlov Fərid İlqar oğlunun qızı Gülsurənin 2 yaşı tamam olur.

 

Naftalan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Fəxri Ağayev, şəhər Gənclər və İdman idarəsinin rəisi Samir Qocayev Şəhid övladlarının ad günü tədbirində iştirak edib, Naftalan şəhər icra başçısının səmimi təbriklərini çatdırıb, hədiyyələri təqdim ediblər.

 

Şəhidin ailə üzvləri həyatlarının hər anında daima dövlət qayğısını gördükləri üçün ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Şəhidlərimizin xatirəsinin əziz tutulmasını, onların ailə üzvlərinin daim qayğı ilə əhatə olunmasını, Fərid və Bəhruzun timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı