Modern.az

“Birinci yer uğrunda mübarizə apara bilərdik” - De Byazi

“Birinci yer uğrunda mübarizə apara bilərdik” - De Byazi

Aktual

25 Sentyabr 2022, 22:09

"Çox yaxşı oynadıq. İlk hissədə topla tez davrana bilmirdik. İkinci hissədəki dəyişikliklərdən sonra istədiyimiz alındı".

 

Modern.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi Qazaxıstanla oyundan sonra deyib.

 

"Hamımız ikinci yer haqqında düşünürdük. Çünki Slovakiya qrupun favoriti idi. Təəssüf ki, ilk matçda Qazaxıstana uduzduq. Biz birinci yer uğrunda mübarizə apara bilərdik. Fikrimcə, 6 oyunun hamısında yaxşı təsir bağışladıq", - deyə baş məşqçi bildirib.

 

Qeyd edək ki, futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununda qələbə qazanıb. Millimiz C Liqasının üçüncü qrupunun altıncı turunda Qazaxıstan yığmasını qəbul edib. "Dalğa Arena"da oynanılan qarşılaşmada millimiz 3:0 hesablı qələbə qazanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı