Modern.az

Prezidentin xüsusi nümayəndəsi Yaponiyada

Prezidentin xüsusi nümayəndəsi Yaponiyada

Aktual

21 Oktyabr 2022, 00:28

Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Yaponiyada Naqasaki meri ilə görüşüb və ikitərəfli əlaqələrin inkişafı müzakirə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb.

 

“Yaponiyanın Hiroşima şəhərinə səfər çərçivəsində Naqasaki meri ilə görüş keçirilib və ikitərəfli əlaqələrin inkişafı müzakirə olunub. Daha sonra Hiroşima Sülh Memorial Muzeyinə səfər olunub və məşhur “Asahi Şimbun” qəzetinə müsahibə verilib”, - Prezidentin xüsusi nümayəndəsi qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı