Modern.az

ANAMA-dan vətəndaşlara növbəti XƏBƏRDARLIQ

ANAMA-dan vətəndaşlara növbəti XƏBƏRDARLIQ

Aktual

23 Oktyabr 2022, 20:15

Xəbər verdiyimiz kimi, Tərtər rayonunda mina hadisəsi baş verib

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, 2022-ci 23 oktyabr tarixində Tərtər rayonunda minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

 

Məlumata əsasən mina partlayışı nəticəsində Tərtər rayonunun Seydimli kənd sakini 1996-cı il təvəllüdlü Əlizadə Samir Bruc oğlu xəstəxanaya yerləşdirilib və hər iki ayağı topuq nahiyəsindən aşağı amputasiya edilib.

 

ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı