Modern.az

Alternativ xidmətin təşkili vətəndaş-məmur təmaslarını minimuma endirir

Alternativ xidmətin təşkili vətəndaş-məmur təmaslarını minimuma endirir

Aktual

16 May 2013, 18:50

Mübariz Göyüşlü: “Korrupsiyaya qarşı mübarizədə Azərbaycan öz modelini yaradıb”  

Mayın 16-da Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikası Prezidenti yanında QHT-a Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti institutlarının və medianın birgə mübarizəsinin təşkili" layihəsi çərçivəsində “Korrupsiyaya qarşı mübarizədə ictimai nəzarətin və ictimai maraqların gücləndirilməsi istiqamətində maariflənmənin rolu” mövzusunda dəyirmi masa keçirib. 
Layihənin rəhbəri Elman Cəfərli çıxışında bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra işlər həyata keçirilib və aidiyyatı qurumların fəaliyyət mexanizmi bu istiqamətdə işlərini davam etdirirlər. Onun sözlərinə görə, 1994-cü ildən başlayaraq korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair bir sıra fərmanlar, Dövlət Proqramları, digər hüquqi sənədlər və beynəlxalq sənədlər imzalanıb. “Layihənin eksperti Alim Hüseynli bildirib ki, “Korrupsiyaya qarşı mübarizə üzrə” Dövlət Proqramının qəbul edilməsi, elektron hökumətin yaradılması istiqamətində həyata keçirilən işlər, açıq hökumət layihəsinin hökumət tərəfindən dəstəklənməsi və s. işlərin reallaşması onu göstərir ki, hökumət korrupsiyanı ciddi problem sayır və buna qarşı ciddi mübarizə aparmaq niyyətindədir.
Amma bütün bunlara baxmayaraq, ölkədə korrupsiya böyük problem olaraq qalmaqdadır. Ekspertin qənaətincə, korrupsiyaya qarşı mübarizəni bir qayda olaraq ölkədə fəaliyyətdə olan QHT-lər, eyni zamanda dövlət orqanları ilə birgə əməkdaşlıq şəraitində həyata keçirmək daha effektli ola bilər. Müasir İnkişaf İctimai Birlyinin sədri Mübariz Göyüşlü korrupsiyya qarşı mübarizədə Azərbaycanın öz modelinin yarandığını bildirib: “Görülən tədbirlərdən sonra müsbət nəticələr da var. Xüsusilə “ASAN” xidmət mərkəzlərinin yaradılması bir sıra neqativ halların aradan qalxması ilə nəticələnib”. Konstitusiya Araşdırmaları Fondunun icraçı direktoru Zaur İbrahimli deyib ki, korrupsiyanın qarşısının alınmasına digər mühüm məsələ “Elektron hökumət”in yaradılmasıdır ki, bu proses də sürətlə inkişaf etdirilir. Bunun reallaşması da dövlət orqanları ilə vətəndaşlar arasında birbaşa təmasların aradan qaldırılmasına gətirib çıxaracaq: “Korrupsiya ilə mübarizə sahəsində mühüm sayılan işlərdən biri də 2012-ci ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təsis edilməsidir. Həmin Agentliyin nəzdində Bakıda, Sumqayıtda, "ASAN xidmət" mərkəzləri fəaliyyət göstərməkdədir. Vətəndaşlar bu mərkəzlərdən hüquqi yardım xidmətlərindən rahat yararlana bilirlər. Belə alternativ xidmətin təşkili vətəndaş-məmur təmaslarını minimuma endirir, korrupsiya risklərini azaldır”.

Korrupsiyaya qarşı mübarizədə vətəndaşların maarifləndirilməsinin əsas şərt olduğunu qeyd edən “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal qeyd edib ki, əhali arasında hüquqi biliklərin səviyyəsi aşağı olduğundan aparılan mübarizə istənilən nəticəni vermir.. Qlobal İnteqrasiya və Dialoq Təşkilatının rəhbəri Yasəmən Qaraqoyunlu  bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə insanlar arasında maarifləndirmə işləri aparılmalı, qaynar xəttin fəaliyyəti gücləndirilməli və bu istiqamətdə ictimai yerlərdə inanlara bukletlər paylanılmalıdır.



Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı