Modern.az

Uşaq evlərindəki uşaqların ata mülkünü mənimsəyirlər…

Uşaq evlərindəki uşaqların ata mülkünü mənimsəyirlər…

Ülke

21 Noyabr 2011, 12:18

“Valideyn himayəsindən məhrum olan uşaqların əmlakının həmin uşaqlara çatmasında ciddi problemlər var. Uşaqların valideynlərinə məxsus əmlak digər yollarla satılır”

Bu sözləri Modern.az saytına Səbael rayon icra başçısının müavinin Xalidə Bayramova deyib.

Valideyın himayəsindən məhrum olan uşaqların əmlakının qorunması məsələsinin onu ən çox qayğılandıran məsələ olduğunu deyən X. Bayramova bildirib ki, iş fəaliyyətində belə ciddi problemlərlə rastlaşıb. “Bu və ya digər səbəbdən valideynlərini itirən uşaqlar uşaq evlərinə yerləşdirlidikdən sonra onların valideynlərinə məxsus əmlak uşaqlara çatmır.  Bu, məsələ ilə bağlı qanunda da boşluq da var. 6 ildir ki, Səbaeldə himayədarlıq məsələlərinə rəhbərlik edirəm və bu müddət ərzində 6 belə ciddi məsələ ilə üzləşmişəm. Bu məsələyə mütləq baxılmalıdır. Valideyinin evi övlada çatmalıdır.”.

Məsələ ilə bağlı Modern.az saytına açıqlama verən millət vəkili Musa Quliyev bildirdi ki, uşaq evində böyüyən uşağın əmlakı yoxdur. Ancaq  uşaq əvvəl ailədə böyüyüb sonra valideynlərini itiribsə uşağın əmlakı ona çatır. Bu məsələ ilə bağlı qanunda hər hansı boşluq yoxdur. “Qanunla uşaq varis kimi malın hamısına sahib olur. Qanunla bağlı hər hansı boşluq müşahidə edilirsə, bizə yazılı müraciət etsinlər. Biz müzakirəyə hazırıq”-deyə M.Quliyev deyib.

Sədaqət SÜLEYMANOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı