Modern.az

Rəbiyyət Aslanova: “Partiya yaratmağa ehtiyacım yoxdur”

Rəbiyyət Aslanova: “Partiya yaratmağa ehtiyacım yoxdur”

Страна

17 Oktyabr 2012, 23:31

Bir neçə gün öncə Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) qurultayı keçirilib və orada partiyaya yeni rəhbər seçilib. Bu çəxs Fatma Əliyevadır.

Bununla Azərbaycanda ikinci partiyadır ki, onun rəhbəri qadın olur. Bundan öncə Lalə Şövkət Azərbaycan Liberal Partiyasının sədri idi.

İndi isə o, sədirlikdən gedib və qurumun lideri kimi fəaliyyət göstərir.

Bu, həm də onu deməyə əsas verir ki, F.Əliyeva indi ölkəmizdə yeganə partiya sədri olan qadındır. 

Publika.az xəbər verir ki, F.Əliyeva Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanovanın yaxın adamıdır və məhz bu xanımın xeyir-duası ilə DADP rəhbərliyi ona həvalə edilib.

Məlumata münasibət bildirən R.Aslanova F.Əliyevaya uğurlar arzulayıb. O, Modern.az-a açıalqmasında deyib:

“Bu partiya hər zaman iqtidarın yanında olub və Azərbaycanın inkişafına xidmət göstərib. Əminəm ki, bundan sonra da belə olacaq”. 

O ki qaldı, F.Əliyevanın tərəfindən dəstəklənməsinə və bu partiyaya gizlində rəhbərlik etməsinə, komitə rəhbəri Mark Tvendən sitat gətirərək deyib:
“Mark Tvenə deyirlər ki, qəzetlər sənin öldüyünü yazıblar. O cavab verir ki, qəzetlər bir qədər şişirdirlər. Mənim mənsub olduğum partiya var və Yeni Azərbaycan Partiyasında təmsil olunmağımdan böyük şərəf duyuram. Ulu öndər Heydər Əliyevin yaratdığı siyasi təşkilatda təmsil olunmaqdan böyük xoşbəxtlik görmürəm. Ona görə də mənim partiya yaratmağa ehtiyacım yoxdur. Bilmirəm, barəmdə bu məlumat haradan çıxıb. Bir qadın partiya sədri seçilib. Onu təbrik etmək, ona kömək göstərmək əvəzinə, mənim adıma bağlamaq doğru yanaşma deyil”.

 Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı