Modern.az-ın “Ad günü” rubrikasının bugünkü qonağı Azərbaycanın görkəmli dövlət xadimi, politoloq Vəfa Quluzadədir. Onun 72 yaşı tamam olur. Politoloqu doğum günü münasibətilə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov təbrik edib və onun haqqında fikirlərini oxucularla bölüşüb:
“Vəfa Quluzadə savadlı, geniş dünyagörüşə malik bir insandır, yaxşı politoloqdur, xüsusilə Azərbaycanın xarici siyasəti ilə bağlı, ümumiyyətlə, dünyada gedən qlobal proseslərlə əlaqədar çox gözəl şərhlər verə bilən insandır. Yazılarını da oxuyuram. Onu çoxdan tanıyıram. Hələ ulu öndərimiz Heydər Əliyevin yanında müşavir işləyərkən, gördüyü işləri təqdirəlayiq hesab edirəm. Vəfa Quluzadəni cəmiyyətimizdə özünəməxsus yeri olan bir insan kimi tanıyıram.
Ad gününü təbrik edirəm!”
Təbrikə vasitəçilik etdi Nihadə Eyyubova