Modern.az

TÜRKPA daha bir beynəlxalq quruma üzv oldu

TÜRKPA daha bir beynəlxalq quruma üzv oldu

Təhsil

25 Yanvar 2011, 13:53

18-19 yanvar 2011-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilmiş İslam Konfransı Təşkilatı Parlament İttifaqının 13-cü plenar sessiyasında Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) müşahidəçi statusu ilə bağlı müraciətinə baxılıb.  Siyasi komitənin verdiyi müsbət rəy nəticəsində müraciət plenar sessiyada səsverməyə çıxarılıb və yekdilliklə TÜRKPA İKT Parlament İttifaqına müşahidəçi statusu ilə qəbul olunub.

Bununla da TÜRKPA, Beynəlxalq Parlamentlər Ittifaqı, ATƏT Parlament Assambleyasından sonra 3-cü  nüfuzlu təşkilat olaraq, İKT Parlament İttifaqı ilə əməkdaşlığın yeni mərhələsinə qədəm qoyub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok