Modern.az

154 məzuna qızıl, 31-nə isə gümüş medal verildi

154 məzuna qızıl, 31-nə isə gümüş medal verildi

Təhsil

7 Avqust 2017, 17:29

Təhsil naziri Mikayıl Cabbarov ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında əmr imzalayıb.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, əmrə əsasən, XI siniflərin 154 nəfər məzunu qızıl medalla, 31 nəfər məzunu isə gümüş medalla təltif edilib.

 

Qızıl və gümüş medala layiq görülmüş təhsil alanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq. Medala layıq görülən məzunların siyahısı Təhsil Nazirliyinin saytında yerləşdirilib. 

 

Qızıl və gümüş medala layiq görülənlər arasında Kəlbəcərdən olan məcburi köçkün də var.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir