Modern.az

Azərbaycan Müdafiə Nazirliyi: "Bizim pilotsuz təyyarəmiz vurulmayıb"

Azərbaycan Müdafiə Nazirliyi: "Bizim pilotsuz təyyarəmiz vurulmayıb"

Təhsil

15 Sentyabr 2011, 19:23

Erməni informasiya mənbələrinin dünən yaydıqları bir məlumata görə, Ermənistan silahlı qüvvələri Azərbaycana məxsus pilotsuz kəşfiyyat təyyarəsini vurub.

Ermənistanın "Armenia Today" saytı xəbər verib ki, Dağlıq Qarabağdakı separatçı rejimin  "müdafiə nazirliyi"nin mətbuat katibi bildirib ki, hadisə sentyabrın 12-də saat 7:30 radələrində baş verib.

Azərbaycan Müdafiə Nazirliyi bu gün məsələyə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu Modern.az-a bildirib ki, işğal olunmuş ərazilərdə yerə düşərək dağılan pilotsuz hərbi təyyarənin Azərbaycana heç bir aidiyyəti yoxdur.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü