"Dövlət ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün elektron sənəd qəbulu iyunun 24-də başlayacaq".
Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bildirib.
Müəllimlərdən sənəd qəbulu 10 gün davam edəcək. Proses 24 iyun - 26 avqust tarixlərini əhatə edəcək.
Murad Camalzadə deyib ki, müsabiqəyə qəbul 4 mərhələdə aparılacaq: elektron sənəd qəbulu, test müsabiqəsi, vakant yer seçimi və müsahibə mərhələləri.