Modern.az

NazirliK işçisi Kür çayında boğulub

NazirliK işçisi Kür çayında boğulub

Təhsil

12 Yanvar 2010, 15:37

Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Salyan-Astara balıq mühafizə Müfəttişliyinin 3 əməkdaşının olduğu qayıq reyd zamanı aşıb.
Modern.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.
Hadisə zamanı qayıqda olan şəxslər çaya yıxılıblar. Onlardan ikisi üzərək sahilə çıxmağa müvəffəq olub. 1953-cü il təvəllüdlü Əbülhəsən Kəmaləddin oğlu Cavadov isə batıb. Hadisə yerinə gəlmiş dalğıclar Ə.Cavadovun cəsədini taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir