Modern.az

Deputatlar Uqandaya gediblər

Deputatlar Uqandaya gediblər

26 Yanvar 2010, 14:17

Yanvarın 26-dan 31-dək Uqandanın Kampala şəhərində İslam Konfransı Təşkilatı Parlament İttifaqının VI sessiyası, həmçinin Siyasi və iqtisadi məsələlər üzrə daimi Komitənin iclası keçiriləcəkdir. Tədbirlərdə Milli Məclisin deputatları Sabir Rüstəmxanlı və Cavanşir Paşazadə iştirak edir.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, iclaslarda Orta Şərq regionunun kütləvi qırğın silahlarından azad zonaya çevrilməsi, Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən işğalı, İraqda vəziyyət, terrorizmə qarşı mübarizə, İslam dünyasına münasibətdə Qərbin ikili standartlar siyasətinin nəticələri, Qəzza zolağındakı əhaliyə yardım göstərilməsi və digər mövzularda müzakirələr aparılacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi