Modern.az

\"Dövlət sifarişli yerlərə qəbul şansı II qrupda yüksəkdir\"

\

23 Avqust 2021, 15:39

“Əgər ixtisası düzgün seçsələr, II qrupda 150 baldan yuxarı nəticə göstərənlərin ali məktəbə qəbul olma şansı yüksəkdir”. 

 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

DİM sədri bildirib ki, subbakalavrların da II qrupda qəbul olma şansı yüksəkdir, çünki hazırda onlar da müsabiqədə iştirak edirlər:

 

“Amma onların III qrupda qəbul olma şansı kifayət qədər aşağıdır. Həmçinin dövlət sifarişli yerlərə qəbul şansı II qrupda yüksəkdir”.

 

M.Abbaszadə əlavə edib ki, II qrupda 200 baldan yuxarı toplayanların dövlət sifarişli yerlərə qəbul olma şansı var:

 

“III qrupda isə 420-430 baldan yuxarı nəticə göstərənlərin dövlət sifarişli yerlərə qəbul olma şansı var”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok