Modern.az

35 nəfərə elmi dərəcə verilməsindən imtina edildi

35 nəfərə elmi dərəcə verilməsindən imtina edildi

Təhsil

2 May 2023, 16:46

Aprel ayında 35 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

 

Bu barədə Modern.az-a Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib.

 

Həmin müddətdə 53 nəfərə fəlsəfə doktoru, 12 nəfərə elmlər doktoru dərəcəsi verilib. Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 30 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 5 nəfərə isə imtina cavabı gəlib.

 

Bundan başqa, keçən ay 16 nəfərə dosent, 4 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 5 nəfərə, professor elmi adı almaq istəyən 1 nəfərə imtina verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü